“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandamız yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik”i olub.
İdman.biz