“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.
Qeyd edək ki, "Şamaxı" bununla da fasilə dövründə 5-ci transferi həyata keçirib.
İdman.biz