"Tovuzda olmaq mənim üçün çox xoşdur. Buranı çox sevirəm. Futbolçu vaxtı ilk addımlarımı burada atmışam, məşqçi kimi də burada çalışmışam".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Turan Tovuz"la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 21-ci turunda 1:1 hesabı ilə yekunlaşmış oyunu şərh edib: "Həddən artıq güclü komandaya qarşı oynayırdıq. Son transferlər güclərinə güc qatıb. Rəqibi ciddi təhlil etmişdik. İki fərqli hissə izlədik. Qələbə qazanmağı çox istəyirdik. Amma Bakıya 1 xalla qayıdırıq. Səhvlərmiz var. Onların üzərində işləyəcəyik. Rüfət Abdullazadənin zədəsi var idi, risk etmək istəmirdik. Tonusdan düşdüyü üçün onu sonradan meydana buraxdıq. Rəqabətə hər zaman hazır olan insanam. Komandanı buna görə kökləməyi xoşlayıram. Çəkinmirik. Oyun baxımından inkşaf edirik. O zaman narahat olaram ki, oyun baxımından heç nə etmirik. Hələ qarşıda 15 tur var. İnanıram ki, yuxarı pillələrdə ola bilərik".
Qeyd edək ki, "Səbail" son 3 turda 7 xal toplayıb.
İdman.biz