Elmar Baxşıyev: "Bir xala görə də sevinmək lazımdır"

Xəbərlər
1 Fevral 2025 21:31
27
Elmar Baxşıyev: "Bir xala görə də sevinmək lazımdır"

"İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt”la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la görüşündə qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Vaqif Cavadovun gəlişindən sonra da "Sumqayıt" daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər. Kim desə ki, "Araz-Naxçıvan" sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır ki, istədiyin material da əlinin altında olmalıdır ki, hücumda daha çox kreativ olasan.

Elmar Baxşıyev heç-heçəni uğurlu nəticə sayıb: "Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Çox onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik".