"Ağır və çoxsaylı mübarizələri olan matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında
O, Misli Premyer Liqasının 22-ci turunda doğma meydanda qeydə alınan 1:2 hesablı məğlubiyyəti şərh edib: "75-ci dəqiqədən sonra qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qol buraxdıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımıza iki top vuruldu. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda oldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm".
Rəşad Sadıqov “Zirə" ilə “Neftçi” arasında gedən mübarizəyə də münasibət bildirib: "Futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl... 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda "Neftçi"nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Fərqli "Neftçi" gözləmirəm qarşımda. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsüz bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər bizə qarşı oynamaq maraqlıdır".
Qeyd edək ki, "Zirə" 4 gün əvvəl ölkə kubokunda da "Neftçi"yə uduzub.
İdman.biz