Peşəkar Futbol Liqası 2-ci Liqanın fevralın 24-25-də keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.
İdman.biz xəbər verir ki, buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraitidir.
Oyunların fevralın 27-28-də və mart 1-də tarixlərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, qarşılaşmaların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.
İdman.biz