Vaqif Cavadov mətbuata səslənib: "Təhlil edin, qiymət verin"

Xəbərlər
21 Fevral 2025 21:58
51
Vaqif Cavadov mətbuata səslənib: "Təhlil edin, qiymət verin"

"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 24-cü turunda səfərdə 0:1 hesablı məğlubiyyəti şərh edib: İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur. Gördüyüm var. İndi açıqlasam, ya cəza alacam, ya da intriqaya səbəb olacam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli...Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq. Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiz, bizim penalti 100 faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq. Qol epizodları "Sumqayıt"da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi".

İdman.biz