Cavid Hüseynovun 0:0 şərhi: "Nəticə qənaətbəxşdir"

Xəbərlər
22 Fevral 2025 18:57
39
Cavid Hüseynovun 0:0 şərhi: "Nəticə qənaətbəxşdir"

"İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Araz-Naxçıvan"la oyunda sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 24-cü turunda səfərdə qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik. Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız "Sabah" və "Araz-Naxçıvan" yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsin. Qarşıda hələ 12 tur var. Növbəti turdakı "Şamaxı" ilə qarşılaşma bizim üçün final oyunu deyil".

Qeyd edək ki, "Səbail" 18 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz