Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” futbol klubun prezidenti Riad Rəfiyevin "matc.az" saytının baş redaktoru İxtiyar Əsgərov və "sports.az" saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında növbəti məhkəmə iclası keçirilib.
İdman.biz Lent.az-a istinadən xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.
Əvvəlki proses hakimin iddiaçı tərəfə sübutlarını təqdim etməsi üçün təxirə salınmışdı.
Bu gün həmin sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə sübutların ekspertizaya göndərilməsinə dair qərar qəbul edib.
Ekspertizanın rəyi hazır olandan sonra məhkəmə prosesi davam etdiriləcək.
İdman.biz