"Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"la cavab görüşündən sonra deyib.
O, "Qarabağ"a 1:3 hesabı ilə məğlubiyyəti şərh edib. Məmmədov əsas hədəflərinin Premyer Liqada qalmaq olduğunu bildirib: "Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. "Şamaxı" ilə matç bizim üçün 6 xallıq final oyunudur. "Səbail" ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik".
Qeyd edək ki, "Səbail" ilk oyunda 0:1 hesabı ilə uduzub.
İdman.biz