"Tural Qurbanov və Asiman Əzizli UEFA-nın təşkil edəcəyi kurslarda iştirak edəcəklər".
İdman.biz xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere deyib.
Əcnəbi mütəxəssis Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb:"Buraya gələndə UEFA qaydalarını tətbiqinin vacibliyini bildirmişdim. FIFA referilərinin sayının artırılması ilə bağlı addımlar atılır. Azərbaycanın iki hakimi UEFA-nın kurslarında bilik və təcrübələrini artıracaqlar. Onlar Azərbaycana döndükdən sonra bacarıqlarını ölkənizdə tətbiq edəcəklər. Bu da Azərbaycanda futbolun səviyyəsinin artmasına töhfə verəcək".
Qeyd edək ki, UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers bu gün Bakıda hakimlərimizə seminar keçib.
İdman.biz