"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə cavab matçının hazırlığını yekunlaşdırıb.
İdman.biz xəbər verir ki, komandanın 3 futbolçusu bu görüşdə iştirak edə bilməyəcək.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, zədəsini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer “Kəpəz”lə görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlanacaq.
İdman.biz