"Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in Cavid Hüseynov "Şamaxı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 25-ci turunda "Şamaxı"ya 0:2 hesablı məğlubiyyəti şərh edib: "İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumlar təşkil etdik. Sadəcə ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik. Yorğunluq var idi. Ramazan ayıdır. 7 futbolçumuz oruclu idi. Bunu bəhanə etmirik. Sadəcə kubok bizə sərf etmirdi. Zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunluq təsirini göstərdi. Komandanın potensialı var ki, yaxşı yerlərə gəlib çıxsın".
Qeyd edək ki, "Səbail" 18 xalla sonuncu pillədə qərarlaşıb.
İdman.biz