“Zirə” futbol klubu məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, o, əsas komandanın məşqçilər korpusunda yer alacaq.
UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi klubun akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib və komandanın kapitanı olub.
Qeyd edək ki, Ağabala Ramazanov ötən mövsümün yanında futbolçu karyerasını bitirib.
İdman.biz