"Barselona"nın qapıçısı həyat yoldaşını aldatmayıb

Xəbərlər
10 Mart 2025 20:37
48
"Barselona"nın qapıçısı həyat yoldaşını aldatmayıb

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen boşanması ətrafında yayılan xəbərlərə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, almaniyalı qolkiper həyat yoldaşını aldatması ilə bağlı informasiyaların həqiqəti əks etdirmədiyini bildirib.

O, bu məlumatların özünə və Daniela Yelenin nüfuzuna zərbə vurduğunu deyib. 32 yaşlı qapıçı Daniela ilə dostluq əlaqələrinin qaldığını vurğulayıb.

Qeyd edək ki, cütlük 8 ildən sonra ayrılıb. Onların 2 övladı var.

İdman.biz