Emin Mahmudova yubiley hədiyyəsi

Xəbərlər
10 Mart 2025 21:43
52
Emin Mahmudova yubiley hədiyyəsi

Misli Premyer Liqasının XXVI turunun “Neftçi” - "Turan-Tovuz" matçından əvvəl Emin Mahmudova xatirə hədiyyəsi təqdim edib.

İdman.biz xəbər verir ki, kapitan ötən turda 200-cü dəfə komandanın formasını geyinməklə rekorda imza atıb.

Emin Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur. Xatirə hədiyyəsini Mahmudova klubun baş icraçı direktoru Cenk Sümer təqdim edib.

Qeyd edək ki, ölkəmizdə yalnız "Neftçi"nin formasını geyinən yarımmafiəçi 43 qola imza atıb.

İdman.biz