Kurban Berdıyev heç-heçəni ədalətli nəticə hesab edir

Xəbərlər
10 Mart 2025 22:19
50
Kurban Berdıyev heç-heçəni ədalətli nəticə hesab edir

"Heç-heçə ədalətli nəticə idi. Oyunun gedişatına baxanda bunu görmək mümkündür".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 26-cı turunda səfərdə qeydə alınmış 1:1 hesablı heç-heçə şərh edib: "Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Hakmana görə mübarizə aparsınlar. Hakman səhvə yol verdi. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadılar. "Neftçi"yə elə də qol imkanı vermədik. Komanda 6 ay ərzində formalaşmır. Amma gördüyüm qədərilə futbolçularda xarakter var. Ümumi gedişat da bizi sevindirməyə əsas verir. Müəyyən vaxt lazımdır".

Qeyd edək ki, "Turan Tovuz" səfərdə 90+4-cü dəqiqədə məğlubiyyətdən qaça bilib.

İdman.biz