Azər Bağırov: "Komandamız üçüncü dövrədə ən yaxşılardan idi"

Xəbərlər
15 Mart 2025 20:12
27
Azər Bağırov: "Komandamız üçüncü dövrədə ən yaxşılardan idi"

"Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"la görüşdə qeydə alınmış 0:0 hesablı heç-heçəni şərh edib. "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq. Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir".

Qeyd edək ki, "Kəpəz" 23 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz