Rəşad Sadıqov: "Ədalətli nəticə heç-heçə idi"

Xəbərlər
15 Mart 2025 22:25
49
Rəşad Sadıqov: "Ədalətli nəticə heç-heçə idi"

"Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 27-ci turunda qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: "Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdır. Rekaşet də oldu, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum "Sabah"ın, bir hücum "Zirə"nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdür. Ən vacib mərhələ bizi gözləyir".

Rəşad Sadıqov Ayxan Abbasovun U-21 yığmasının baş məşqçi təyin olunmasını münasibət bildirib: "Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir".

Qeyd edək edək ki, "Zirə" son 5 qarşılaşmada dörd qələbə, bir dəfə heç-heçə oynayıb.

İdman.biz