"Barselona" və Voytsex Şçesnı müqavilə müddətinin artırılması ilə bağlı danışıqlara start verib.
İdman.biz xəbər verir ki, tərəflərin 1+1 illik müqavilə bağlaması gözlənilir.
Kataloniya klubunun idman direktoru Deku polşalı qolkiperin meneceri ilə görüşüb. Şçesnı komandada futboldan zövq aldığını və burada qalmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, ötən mövsümün sonunda karyerasını bitirən Voytsex oktyabrda "Barselona"ya qoşulub. Klubla müqavilə müddəti yayda başa çatacaq qapıçı artıq 16 oyunda meydana çıxıb.
İdman.biz