“Şahruddinin topuq nahiyəsində zədə var”.
Bunu İdman.biz-ə "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev deyib.
O, Ağdam təmsilçisinin 30 yaşlı qolkiperinin son durumunu açıqlayıb: “Şahruddinin bir həftə, on gün ərzində məşqlərə qoşulması gözlənilir. Abbas da artıq komanda ilə məşqlərə qoşulub”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb. Bu gün yığmanın Belarusa qarşı keçirəcəyi yoldaşlıq görüşündə onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Aytac Sahəd
İdman.biz