AFFA-nın baş katibi: "Tovuz futbol anlamında bir nümunədir"

Xəbərlər
28 Mart 2025 18:15
48
AFFA-nın baş katibi: "Tovuz futbol anlamında bir nümunədir"

“Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq. Buradakı uşaqların hamısı bizim gələcəyimizdir”.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimində çıxışı zamanı deyib.

O, Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərə görə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevə təşəkkür edib: “Əminəm ki, burada milli komandamız üçün yeni nəsil yetişir. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədir. Hamını təbrik edirəm. Doğrudan da çox vacib tədbirdir. Necə deyərlər, davamı gəlsin. Bilirsiniz ki, AFFA-nın yeni Strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir. Ehtiram Quliyevə təşəkkür edirəm ki, futbolumuza belə dəstək verir”.

İdman.biz