Vaqif Cavadov: "Xarakter göstəririk və məğlub durumdan çıxa bilirik"

Xəbərlər
29 Mart 2025 22:31
35
Vaqif Cavadov: "Xarakter göstəririk və məğlub durumdan çıxa bilirik"

"Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik".

İdman.biz xəxəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Sabah"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 28-ci turunda qeydə alınan 3:3 hesablı heç-heçəni şərh edib. "Böyük dəyişiklik yoxdur. Sadəcə olaraq futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm. Mehdi Cənnətov bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik".

Qeyd edək ki, "Sumqayıt" son 3 oyunda uduzmayıb.

İdman.biz