Azər Bağırov: "Realizə yoxdursa, ustalıqla bağlıdır"

Xəbərlər
26 Aprel 2025 21:28
33
Azər Bağırov: "Realizə yoxdursa, ustalıqla bağlıdır"

"Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 32-ci turunda Tovuz şəhər stadionunda qeydə alınan 0:1 hesablı məğlubiyyəti şərh edib. Bağırov "Zirə" ilə görüşlərdə komandanın qol vura bilməməsinə izah verib: "Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik. Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal... Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?"

İdman.biz