Azər Bağırov: “Bu gün məğlub ola bilərdik”

Xəbərlər
26 Noyabr 2023 17:54
187
Azər Bağırov: “Bu gün məğlub ola bilərdik”

“Uşaqlara təşəkkür edirəm. İki oyunda uduzduqdan sonra "Neftçi"yə qarşı layiqli mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məqşçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında “Neftçi” ilə 1:1 başa çatan oyundan komandanın problemləri barədə danışmaq istəməyib. O, maddi baxımdan çətinlik olmadığını bildirib: “Yeni yığılmış komandayıq. Gözlənilənin əksini ortaya qoymuşuq. Çətinliklərin öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub. Problemlərdən danışan adam deyiləm. Çatışmazlıq hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, baş verənləri kənarda danışmaq peşəkarlığımıza sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır”.

Azər Bağırov heç-heçəni ədalətli nəticə sayır. O, meydana qələbə üçün çıxdıqlarını qeyd edib: “Bu gün məğlub ola bilərdik. Daha tez qol vursaydıq, oyunu da udmaq da olardı. Bu gün 1:1 hesabı qeydə alındı, məncə ədalətli idi. Geri çəkilmək fikrim yox idi. Meydana qələbə qazanmaq üçün çxımışdıq”.

İdman.biz