“Neftçi”nin futbolçusu Rəhman Hacıyev komandanın heyətində 200-cü oyununa çıxıb.
İdman.biz xəbər verir ki, klub rəhbərliyi “Araz-Naxçıvan”la qarşılaşmadan əvvəl futbolçunu mükafatlandırıb.
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov yarımmüdafiəyə xatirə hədiyyəsi təqdim edib. Rəhman “ağ-qara” formada Premyer Liqada 157, kubokda 23, Avropakuboklarında 20 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz