AFFA “Sabah” və “Neftçi”yə xəbərdarlıq edib

Xəbərlər
13 Dekabr 2023 12:54
286
AFFA “Sabah” və “Neftçi”yə xəbərdarlıq edib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVI turda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində qonaqların 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. O, komandasını isə 500 manat ziyana salıb.

“Sabah” – “Səbail” qarşılaşmasında hesab tablosu işləmədiyinə görə ev sahiblərinə xəbərdarlıq edilib. Onlar görüşdə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün 1000 manat cərimə olunublar.

“Neftçi” – “Turan Tovuz” oyununda da hesab tablosu işləmədiyinə görə “ağ-qaralar”a xəbərdarlıq edilib. Matç bitdikdən sonra isə meydançaya kənar şəxslər daxil olduğu üçün Bakı təmsilçisi 800 manat cərimələnib.

İdman.biz