Azərbaycan Premyer Liqasının XVIII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunundakı bədbəxt hadisədə xəsarət alan yoxdur.
İdman.biz xəbər verir ki, bununla bağlı PFL-in texniki-idman direktoru Elgiz Abbasov paylaşım edib.
O bildirib ki, Tovuzdakı xoşagəlməz hadisədə artıq azarkeşlər də evakuasiya olunub, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir.
Qeyd edək ki, matçın 81-ci dəqiqəsində şiddətli külək nəticəsində işıq dirəklərindən biri aşıb və oyun təxirə salınıb.
İdman.biz