Bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb.
İdman.biz xəbər verir ki, Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın dekabrın 24-də davam etdirilməsi qərara alınıb.
Görüş saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdiriləcək.
Qeyd edək ki, 81-ci dəqiqəyədək oyunda “Turan Tovuz” 2:1 hesabı ilə öndə olub.
İdman.biz