“Kəpəz” əvəzedici komandasına görə cəzalanıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.
Gəncə təmsilçisi Əvəzedicilər liqasının XIX turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələblərini pozub. Bu üzdən meydan sahibləri 50 manat cərimə edilib.
Qeyd edək ki, Gəncədə təşkil olunan matçda qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz