Ayxan Abbasov: “Aleks Souza özünü əsl tovuzlu kimi aparır”

Xəbərlər
13 Fevral 2024 17:57
209
Ayxan Abbasov: “Aleks Souza özünü əsl tovuzlu kimi aparır”

“Gərgin oyun keçdi. Ev oyununda seriyamızı davam etdirmək istəyirdik”.

İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” ilə ev oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Azarkeşlərə təşəkkür edirəm, bu gün möhtəşəm idilər. Onlar 12-ci oyunçu kimi öz sözünü dedilər. Futbolçuların üzərində bir az təzyiq var idi. Daha yüksək pillələrdə ola bilərik. Bu matçda çalışdıq ki, oyun nəzarətimizdə olsun. İstədiklərimi yavaş-yavaş meydanda görə bilirəm”.

Abbasov Tovuz təmsilçisindəki inkişafa toxunub: “Düzgün təhlil etsək, klub olaraq irəliləyişə nail olduğumuzu görərik. Futbolçular artıq təzyiqi üzərlərindən atıblar. Öz meydanımızda ev sahibi kimi oynayırıq. Bizim planımız pillə-pillə irəliləməkdir. Buna vaxt lazımdır. Bu gün lazımsız qol buraxdıq. Aleks Souzanı hələ yayda transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Özünü əsl tovuzlu kimi aparır”.

Qeyd edək ki, “Turan Tovuz” ev oyununda 2:1 hesablı qələbə qazanıb.

İdman.biz