"Sabah" – "Kəpəz" matçında 5, "ASCO Arena"da 4 qol - VİDEO

Xəbərlər
17 Fevral 2024 20:22
333
"Sabah" – "Kəpəz" matçında 5, "ASCO Arena"da 4 qol - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Hər iki görüşdə turnir cədvəlindəki qonşular üz-üzə gəlub. Uğursuz mövsüm keçirən "Sabah" Premyer Liqada qalmaq üçün mübarizə aparan "Kəpəz"i sınağa çəkib. Məhsuldar keçən qarşılaşmada qapılara 5 qol vurulub. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Günün digər matçı da Bakıda baş tutub. Turnir cədvəlinin ortalarında qərarlaşan "Səbail"lə "Araz-Naxçıvan" heç-heçə oynayıb. Görüş Aleksandr Ramalinqomla Orxan Əliyev dueli kimi yadda qalıb. Dubl edən futbolçuların hər biri komandasının 1 xal əldə etməsində rol oynayıb.

Qeyd edək ki, bir matçı təxirə salınan turun iki görüşü sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral (şənbə)
16:00. "Sabah" – "Kəpəz" - 3:2
Qollar:
Kahim Parris, 38, Cesse Sekidika, 55, Kristian da Silva, 79 - Martins Junior, 6, Amil Yunanov, 84
Baş hakim: Elçin Məsiyev
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ramil Qafutillin
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov
"Bank Respublika Arena"

18:30. "Səbail" – "Araz-Naxçıvan" - 2:2
Qollar:
Aleksandr Ramalinqom, 13; 61 - Orxan Əliyev, 31; 35
Baş hakim: Kamran Əliyev
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 7. Madi Queta, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
"ASCO Arena"

1

Qarabağ

22

16

3

3

55-20

51

2

Sumqayıt

22

9

8

5

23-25

35

3

Neftçi

22

9

5

8

25-21

32

4

Zirə

22

8

8

6

14-12

32

5

Səbail

23

8

7

8

34-35

31

6

Araz-Naxçıvan

23

8

7

8

25-27

31

7

Sabah

23

8

7

8

33-28

31

8

Turan Tovuz

22

8

5

9

36-33

29

9

Kəpəz

23

5

5

13

20-40

20

10

Qəbələ

22

4

3

15

15-39

15

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 15 qol, Aleksandr Ramalinqom ("Səbail") - 10 qol, Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol, Yassin Benzia ("Qarabağ") - 8 qol.

İdman.biz