"Fənərbaxça" Kostiçin keçidini rəsmiləşdirib

Xəbərlər
9 Sentyabr 2024 20:18
129
"Fənərbaxça" Kostiçin keçidini rəsmiləşdirib

"Fənərbaxça" Filip Kostiçi heyətinə cəlb edib.

İdman.biz xəbər verir ki, serbiyalı futbolçu ilə müqavilə bağlandığı açıqlanıb.

Kostiç İstanbul klubunda mövsümün sonuna kimi icarə əsasında oynayacaq. Müqavilənin şərtlərinə görə "Fənərbaxça" 2025-ci ilin yayında 31 yaşlı futbolçunun tam hüquqlu transferini həyata keçirə bilər.

Qeyd edək ki, Filip komandaya "Yuventus"dan qoşulub. O, iki mövsüm ərzində Turin klubunda 87 oyunda 3 qol vurub, 15 ötürmə verib.

İdman.biz