"Yarımfinala vəsiqə qazandıq. Havanın soyuq olmasına baxmayaraq, oyunda ciddi yanaşdıq. Futbolçularımı təbrik edirəm".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 3:1 hesabı ilə başa çatan oyunda VAR-ın qərarına münasibət bildirib: "Rəqib də heyətdə bəzi dəyişikliklər etmişdi. Bizim üçün xeyli problem yaşatdılar. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Qollar vuruldu, bəzi qollar sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq. Yəqin elə epizod idi ki, çox incələmək lazım gəldi. Sizə də soyuq oldu? Mənə də soyuq oldu(gülür). Epizoda baxdım".
Qeyd edək ki, "Qarabağ" hər iki oyunda "Səbail"i məğlub edib (1:0, 3:1).
İdman.biz