Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib - FOTO

Xəbərlər
6 İyul 2024 15:56
112
Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarışın yekun nəticələrinə görə kişilər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı İlqar Alqayev birinci olub.

Ramil Hacıyev (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) yarışı ikinci, Şahin Əlizadə (ƏƏSMN) yarışı üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Şəlalə Mərdəliyeva (ƏƏSMN), Şahrun Salmanova (Fövqəladə Hallar Nazirliyi), Fəridə Abdullayeva (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) fərqləniblər.

İdman.biz