Bakı İdman Sarayında Azərbaycan Badminton Federasiyası və "Volan" badminton klubunun birgə təşkil etdiyi həvəskarlar arasında badminton yarışı keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunan turnirdə 7 komanda və hərəsində 12 nəfər iştirak edib.
Yarışın yekun nəticələrinə görə, Elnur Məmmədlinin komandası birinci olub. Namiq Abdullayevin yer aldığı kollektiv ikinci, Toğrul Əsgərovun heyəti isə üçüncü pillədə qərarlaşıb.
İdman.biz