Azərbaycan Badminton Federasiyası Botsvanada ibtidai və orta məktəblərə ianə edib - FOTO

Xəbərlər
5 Avqust 2024 18:29
376
Azərbaycan Badminton Federasiyası Botsvanada ibtidai və orta məktəblərə ianə edib - FOTO

Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının birgə dəstəyi ilə Botsvanada ibtidai və orta məktəblərə, idman klublarına raketka, volan, tor və köynəklər daxil olmaqla müxtəlif badminton inventarı ianə edilib.

İdman.biz xəbər verir ki, Botsana Milli Olimpiya Komitəsinin (BNOC) baş vitse-prezidenti cənab Tshepo Sitale ianənin badmintonun kütləvi inkişafı üçün böyük bir addım olduğunu vurğulayıb və bu dəstək üçün ölkəmizə təşəkkürünü bildirib.

Azərbaycan Badminton Federasiyası tərəfindən bildirilib ki, dünya üzrə badmintonun inkişafına töhfə verməyə davam edəcəklər.

İdman.biz