Azərbaycan badmintoçusu bürünc qazanıb

Xəbərlər
15 Sentyabr 2024 18:32
67
Azərbaycan badmintoçusu bürünc qazanıb

Yeniyetmə badmintonçumuz Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə çıxış edib.

İdman.biz xəbər xəbər verir ki, o, yarışın bürünc medalına sahib çıxıb.

Mübarizəyə 1/32 finaldan başlayan badmintonçumuz yarımfinalda turnirin qalibi yerli idmançı Lai Man Tata gərgin keçən görüşdə 0:2 (22:24,16:21) hesabı ilə uduzub.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandomuna əsasən Malayziya Badminton Akademiyasında təhsil alır. O, Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışınlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

İdman.biz