Badmintonçularımızdan 16 medal - FOTO

Xəbərlər
23 Sentyabr 2024 13:01
110
Badmintonçularımızdan 16 medal - FOTO

Azərbaycanın uşaq badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 16 medal qazanıblar.

İdman.biz xəbər verir ki, 11 və 13 yaşadək uşaqlar arasında keçirilən yarışda təmsilçilərimiz 5 qızıl, 5 gümüş və 6 bürünc mükafat əldə ediblər.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Maldiv adaları və Ermənistan badmintonçuları mübarizə aparıblar. Ölkəmiz turnirdə 17 badmintonçu ilə təmsil olunaraq bütün kateqoriyalarda fəxri kürsüdə yer alıb.

U-11
Oğlanlar

İsmayıl Qarayev - 2-ci yer
Həsən Məmmədov - 3-cü yer

Qızlar
Zərifə Rüstəmova - 3-cü yer

Qoşa oğlanlar
İsmayıl Qarayev – Həsən Məmmədov - 1-ci yer
Məhəmmədəli Ələsgərli - Zülfüqar Kərimli - 2-ci yer

Qarışıq qoşa
İsmayıl Qarayev – Lalə İsmayılova - 1-ci yer
Həsən Məmmədov – Zərifə Rüstəmova - 2-ci yer
Zülfüqar Kərimli - Zabitə Sadıqova - 3-cü yer

U-13
Oğlanlar

Malik Cəfərov - 1-ci yer
Yusif Kamalov - 2-ci yer
Ömər Teymurlu - 3-cü yer

Qoşa oğlanlar
Ömər Teymurlu – Omar Mehdi - 1-ci yer
Yusif Kamalov – Malik Cəfərov - 2-ci yer

Qarışıq qoşa
Ömər Teymurlu – Banu İbrahimli - 1-ci yer
Omar Mehdi – Ayla Abdullayeva - 3-cü yer

Qızlar
Banu İbrahimli - 3-cü yer

İdman.biz

Məqalədə: