Uqandanın paytaxtı Kampalada badminton üzrə "International" seriyalı beynəlxalq turnir keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub.
"Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən təmsilçimiz Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edib. Badmintonçumuz finalın bir addımlığında turnirin qalibi olan Malayziya idmançısı Loh Ji Veiyə 3 setin tamamında uduzub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Pangestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.
İdman.biz