Millimizin badmintonçusu subaylığın daşını atıb

Xəbərlər
7 Oktyabr 2024 19:19
280
Millimizin badmintonçusu subaylığın daşını atıb

Azərbaycan millisinin badmintonçusu subaylığın daşını atıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti açıqlayıb.

İdmançımız şəxsi həyatı ilə bağlı bu vacib qərarı 26 yaşında verib. O, ailə həyatı qurub.

Qeyd edək ki, Edi Azərbaycan millisinin heyətində iki Olimpiadaya qatılıb. O, Tokio-2020 və Paris-2024-də fərdi yarışlarda iştirak edib.

İdman.biz