Azərbaycan badmintonçusu Türkiyədə qızıl qazanıb - FOTO

Xəbərlər
13 Oktyabr 2024 14:01
368
Azərbaycan badmintonçusu Türkiyədə qızıl qazanıb - FOTO

Badmintonçumuz Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

İdman.biz xəbər verir ki, o, "International Challenge 2024" seriyalı yarışı qızıl medalla başa bvurub.

Mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Keişa Fatimə Zəhra final qarşılaşmasında danimarkalı Amalie Şulza ilə qarşılaşıb. Hər iki setdə böyük fərqlə qalib gələn təmsilçimiz "International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

İdman.biz