Diki Pangestu: “Azərbaycan üçün ən yaxşısını etmək istəyirik” - MÜSAHİBƏ

Xəbərlər
4 Dekabr 2024 17:03
134
Diki Pangestu: “Azərbaycan üçün ən yaxşısını etmək istəyirik” - MÜSAHİBƏ

Azərbaycan millisinin badmintonçusu Diki Pangestunun İdman.biz-ə müsahibəsi

- Zambiyada və Botsvanada keçirilən beynəlxalq turnirlərdə qızıl medal qazandız. Bu yarışları necə dəyərləndirərdiz?
- Bu turnirlər mənim üçün çox önəmli oldu. Hər 2 ölkədə qızıl medal qazandığım üçün çox xoşbəxtəm.

- Artıq ilin sonudur. 2024-cü il sizin üçün nə ilə yadda qaldı?
- Çox yaxşı dərslər və təcrübələr qazandım. Bu il yaxşı inkişaf etdiyimi düşünürəm.

- Azərbaycan millisində daha çox Edi Reski Dviçayonun uğurlu çıxışı diqqət mərkəzindədir. Həmyerlinin kölgəsində qalmaq nə ilə bağlıdır?
- Aramızda rəqabət var. Çünki hər ikimiz badmintonda Azərbaycan üçün ən yaxşısını etmək istəyirik. Bu səbəbdən bir ailə kimi bir-birimizi dəstəkləyirik. Mən Edidən çox şey öyrənirəm. Bunu çox yüksək dəyərləndirirəm.

- Bəs ölkəmizdə ən çox nələri bəyənirsən?
- 2021-ci ildən Azərbaycandayam. Xalqınızı çox sevirəm. Onlar mənə və bütün komandama çox mehriban və dostcasına yanaşırlar. Bakını, Azərbaycanın yeməklərini çox bəyənirəm. Gənclər və İdman Nazirliyinə, Azərbaycan Badminton Federasiyasına, bütün komanda yoldaşlarıma mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada özümü evdəki kimi hiss edirəm. Media 4 ildir bu idman növünü çox dəstəkləyir və artıq badminton daha məşhurlaşır. Taksidə belə gedəndə hər kəsin bu idman növünü tanıdığını görürəm.

- Yeni ildən gözləntilərin nə olacaq?
- Növbəti il üçün əsas hədəfim dünya çempionatında iştirak etməkdir. Çünki bu mənim arzularımdan biridir. Daha yüksək səviyyədə uğur qazanmaq istəyirəm ki, özümə olan inamımı artırım.

Emin Ağa
İdman.biz