Dekabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Raytı qəbul edib.
İdman.biz xəbər verir ki, görüş zamanı ölkəmizdə badmintonun inkişafı istiqamətində görülən işlər, Dünya Badminton Federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.
İdman.biz