"İnanıram ki, komandamız qrupdan çıxa biləcək".
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan yığmasının badmintonçusu Həcər Nuriyeva deyib.
O, Bakıda keçiriləcək qarışıq komandaların Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb: "Çox vacib bir yarışdır. Güclü idmançılarla qarşılaşacağıq. Bu yarışdan öncə ciddi hazırlıq keçmişik. Hər gün səhər-axşam məşq edirik. Bu turnirdə qadınlar və qarışıq cütlərdə oynayacam. Məncə, belə bir turnirə Azərbaycanın ev sahibliyi etməsi mühüm hadisədir".
Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında baş tutacaq yarışda 8 komanda mübarizə aparacaq. Yığmamızın rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə olacaq.
Aytac Sahəd
İdman.biz