Millimiz Avropa çempionatına məğlubiyyətlə başlayıb - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərlər
12 Fevral 2025 13:06
145
Millimiz Avropa çempionatına məğlubiyyətlə başlayıb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi ilk oyununu keçirib.

Yığmamız I turda İngiltərə ilə qarşılaşıb.

Fərdi oyunlar təmsilçilərimizin xeyrinə başa çatıb. Edi Reski Dviçayo kişilərin fərdi yarışında Harri Huanqa 2:0 (27:25, 21:13) hesabı qalib gəlib. Qadınların fərdi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfirni məğlub edib – 2:0 (21:11, 21:17)

Cütlərin duellərində qalib gələn ingiltərəlilər matçın taleyini həll ediblər. Keişa Dikki Dvi Pangestu ilə qarışıq cütlərin görüşündə Rori İstonla Lizi Tolmana 2 setdə (12:21, 9:21) uduzublar. Pangestunun Aqil Qabilovla kişilərdən ibarət cütü Kallum Hemminqlə Etan Van Leuvenə məğlub olub – 0:2 (12:25, 7:25). Qadın cütlərin mübarizəsində Leyla Camalzadə ilə Həcər Nuriyeva dueti Ebiqal Haris və Estel Van Leuvenə məğlub olub – 0:2 (6:21, 9:21).

Beləliklə, millimiz ilk turu 2:3 hesablı məğlubiyyətlə başa vurub. B qrupunun digər matçında Danimarka İspaniyanı məğlub edib – 5:0. Yığmamız sabah pireneylilərlə görüşəcək.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda 8 komanda 2 qrupda mübarizə aparır.

İdman.biz