Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün qrup mərhələsinin II turunun matçları keçirilir.
1-ci qrupda yer alan Azərbaycan millisi İspaniya ilə qarşılaşıb. İlk turda İngiltərəyə 2:3 hesabı ilə uduzan yığmamız yenə məğlubiyyətlə üzləşib.
Keişa Fatimə Zəhra - Dikki Dvi Pangestudan ibarət qarışıq cüt Ruben Qarsiya - Lusiya Rodrigesə uduzub – 0:2 (18:21, 18:21). Fərdi mübarizədə Edi Reski Dviçayo Pablo Abianı 2:1 (21:18, 8:21, 21:13) məğlub edərək ümumi hesabı bərabərləşdirsə də, Keişa Fatimə Zəhra Klara Azurmendi ilə bacarmayıb - 0:2 (17:21, 14:21).
Edi ilə Dikkidən ibarət cüt Ruben Qarsia - Rodriqo Sanjurjonu 2:0 (21:9, 21:14) hesabı ilə məğlub edib. Matçın taleyi qadın cütlərin görüşündə həll olunub. Leyla Camalzadə - Həcər Nuriyeva dueti Nikol Karulla - Lusiya Rodrigesə uduzub - 0:2 (8:21, 4:21).
Ardıcıl ikinci məğlubiyyətdən sonra Azərbaycan millisi yarımfinal şansını itirib. Son turun görüşü komandamız üçün formal xarakter daşıyacaq.
Qrupun digər görüşündə Danimarka İngiltərəyə 5:0 hesabı ilə qalib gəlib. Bu, yarışın favoritinin ikinci qələbəsi olub. Millimiz sabah keçiriləcək son turda danimarkalılarla görüşəcək.
1 |
Danimarka |
2 |
2 |
0 |
10-0 |
2 |
2 |
İngiltərə |
2 |
1 |
1 |
3-7 |
1 |
3 |
İspaniya |
2 |
1 |
1 |
3-7 |
1 |
4 |
Azərbaycan |
2 |
0 |
2 |
4-6 |
0 |
Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda 8 komanda 2 qrupda mübarizə aparır.
İdman.biz