Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında çıxışını başa vurub.
İdman.biz xəbər verir ki, yığmamız qrup mərhələsinin bu gün keçirilən III turunda Danimarka ilə qarşılaşıb.
İlk 2 matçda məğlub olduqdan sonra yarımfinal şansını itirən Morteza Validarvinin baş məşqçisi olduğu yığmamız favoritlə görüşdə də uduzub. Bakı İdman Sarayında keçirilən matça qadınların fərdi mübarizəsi ilə start verilib. Keişa Fatimə Zəhra Line Körsfeltlə üz-üzə gəlib. Görüş badmintonçumuzun əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1 (17:21, 21:11, 23:21).
Kişilərin fərdi yarışında Ülvi Hüseynov Anders Antonsenlə münasibətinə aydınlıq gətirib. Rəqib asan qələbə (21:8, 21:4) ilə status-kvonu bərpa edib - 1:1
Leyla Camalzadə - Həcər Nuriyeva cütü Nataşa Antonisen – Mayken Fruerqaardla dueldən məğlub ayrılıb – 0:2 (6:21, 3:21). Aqil Qabilovla Dikki Dvi Pangestudan ibarət cüt isə Kim Astrupla Mads Vesterqaardla bacarmayıb – 0:2 (12:21, 8:21).
Millimiz turnirə Cahid Əlhəsənov – Həcər Nuriyevadan ibarət qarışıq cütün qarşılaşması ilə yekun vurub. Onlar Yesper Toftla Amalie Maqelunda uduzublar – 0:2 (7:21, 8:21).
Yığmamız bununla da ardıcıl üçüncü məğlubiyyətini alıb – 1:4. Komandamız qrup mərhələsini sonuncu pillədə başa vurub. 1-ci qrupun digər cütündə İngiltərə və İspaniya milliləri güclərini yoxlayırlar.
1 |
Danimarka |
3 |
3 |
0 |
14-1 |
3 |
2 |
İngiltərə |
2 |
1 |
1 |
3-7 |
1 |
3 |
İspaniya |
2 |
1 |
1 |
3-7 |
1 |
4 |
Azərbaycan |
3 |
0 |
3 |
5-10 |
0 |
Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda 8 komanda 2 qrupda mübarizə aparır. Hər qrupda ilk iki yeri tutan yığmalar yarımfinala yüksəlir.
İdman.biz