“Bu oyun mənim üçün çox böyük motivasiya oldu”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin badmintonçusu Ülvi Hüseynov Badminton Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında Anders Antonsenə qarşı keçirdiyi oyunu şərh edib. Hüseynov bildirib ki, oyunda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edib: “Bu mənim üçün çox böyük təcrübə idi. Çünki dünyanın iki nömrəsi ilə oynadım. Qarşılaşma gələcək yarışlarıma da mühüm təsir edəcək. Ümid edirəm ki, nə vaxtsa onunla təkrar qarşılaşsam, mən qalib ayrılaram”.
Qeyd edək ki, kişilərin fərdi yarışında mübarizə aparan Ülvi Hüseynov Danimarka təmsilçisi Anders Antonsenə 0:2 (8:21, 4:21) hesabı ilə uduzub.
Aytac Sahəd
İdman.biz