Bakıda ilk medalçı Almaniya yığması olub

Xəbərlər
15 Fevral 2025 12:48
85
Bakıda ilk medalçı Almaniya yığması olub

Bakıda badminton üzrə keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk mükafatçısı bəlli olub.

İdman.biz xəbər verir ki, Almaniya millisi bürünc medala sahib çıxıb.

Bu, yarımfinalın ilk matçında bəlli olub. Bundestim bugünkü qarşılaşmada Danimarkaya 0:3 hesabı ilə uduzub. Bu dueldə son iki görüş formal xarakter daşıyır.

Bununla da şimallılar finala vəsiqə qazanıblar. Almaniya isə 3-cü yerin sahibindən biri olub.

Digər yarımfinalda Fransa ilə İngiltərə üz-üzə gələcək. Qalib komanda Danimarkaya rəqib olacaq, məğlub yığma Bakını 3-cü yerlə tərk edəcək.

Qeyd edək ki, yekun sıralamada İspaniya 5-ci, Çexiya 6-cı, Niderland 7-ci, Azərbaycan 8-ci olub.

İdman.biz

Məqalədə: